Zəngəzur dəhlizinə birləşən dəmiryol xətti üçün körpü tikilir - Kür çayı üzərində

Zəngəzur dəhlizinə birləşən dəmiryol xətti üçün körpü tikilir - Kür çayı üzərində

Hazırda oxunan: Zəngəzur dəhlizinə birləşən dəmiryol xətti üçün körpü tikilir - Kür çayı üzərində

51560

Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsində, Kür çayı üzərində yeni körpü tikilir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yayıb.

Mənbə qeyd edir ki, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində aparılan yeni dəmiryol körpüsünün inşasına bu ilin əvvəlində başlanılıb: 

"Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində Kür çayı üzərində mövcud körpünün yenidən qurulması və ona paralel olaraq yeni körpünün inşası davam etdirilir.

Körpünün uzunluğu 260 metr, eni 5,7 metrdir. Körpünün əsas bünövrə hissəsi dəmir-beton konstruksiyalardan ibarətdir, qalan hissələri metal konstruksiyalardan ibarət olacaq.

İnşaat işləri “Körpü-Bina-Tikinti” MMC tərəfindən həyata keçirilir. Tikintidən öncə ağırtonnajli texnikaların və digər nəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün Kür çayı üzərində müvəqqəti estekada qurulub. Artıq tikinti zamanı xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb.

Hazırda dəmir-beton işlərinin görülməsi ilə yanaşı aşırım hissəsində metal konstruksiyalar quraşdırılır. 

Layihənin icrası dəmiryolu ətrafında yerləşən yaşayış məntəqələrinin və işğaldan azad olunan bölgələrdə insanların Horadiz Ağbənd, Füzuli-Şuşa və gələcəkdə Zəngəzur dəhlizi ilə dəmir yolu istiqaməti üzrə şəraitin yaxşılaşdırılmasına və infrastrukturun qurulmasına müsbət təsir göstərəcək”.
Qeyd edək ki, yeni dəmiryol körpüsünün inşasının iki il müddətinə başa çatdırılması nəzərdə tutlub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO