Qafqaz Albaniyasına aid daha bir mühüm abidə aşkarlandı – FOTO

Qafqaz Albaniyasına aid daha bir mühüm abidə aşkarlandı – FOTO

Hazırda oxunan: Qafqaz Albaniyasına aid daha bir mühüm abidə aşkarlandı – FOTO

51445

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində 2021-ci ilin noyabr-dekabr aylarında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun elmi rəhbərliyi ilə “Elmi-arxeoloji qazıntılar və payız məktəbi” adlı layihə həyata keçirilib.

Bizim.Media xəbər verir ki, qoruğun təşəbbüsü ilə təşkil edilən layihə və kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar artıq yekunlaşıb.

Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar əsasən iki istiqamətdə aparılıb. 

Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm abidənin aşkar edilməsi ilə nəticələnib.

75 kvadratmetr olan qazıntı sahəsinin GPS koordinatları götürülmüş, geodezik cihazlarla ölçmələr aparılıb.

Soyuqların düşməsi və yağıntıların çoxalması ilə əlaqədar gələcəkdə arxeoloji qazıntıların genişləndirilməsi üçün abidənin konservasiyası aparılıb. Radiokarbon tarixlənmə, izotop və arxeogenetik analizlər üçün nümunələr götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO