İrəvan Ağsaqqallar Şurasının “Mənim addımım” (Baş nazir Nikol Paşinyana məxsusdur) fraksiyasının üzvü Qayane Vardanyan istefa ərizəsi verib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində məlumat verib.
Vardanyan 3 il ərzində bələdiyyədə işlədiyi işdən danışıb və yekunda əlavə edib ki, dekabrın 17-də istefa ərizəsi verib.
MÖVZU İLƏ BAĞLI:
Nikol Paşinyanın ögey anası Ermənistandan qaçdı
“Bələdiyyə sədrinə, fraksiyaya, Ağsaqqallar Şurasının digər üzvlərinə, bələdiyyə və inzibati ərazi dairələri üzrə həmkarlarıma üç il birgə fəaliyyət göstərdiklərinə görə təşəkkürümü bildirirəm, həmvətənlərimizdən işlərimi yarımçıq qoyduğuma görə üzr istəyirəm”, - deyə o, qeyd edib.
Bizim.Media