Bu yollarda duman görmə məsafəsini azaldıb - SÜRÜCÜLƏR, DİQQƏT! - FOTO

Bu yollarda duman görmə məsafəsini azaldıb - SÜRÜCÜLƏR, DİQQƏT! - FOTO

Hazırda oxunan: Bu yollarda duman görmə məsafəsini azaldıb - SÜRÜCÜLƏR, DİQQƏT! - FOTO

51353

Qatı duman nəqliyyatın hərəkətinə ciddi problemlər yaradıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax avtomagistralının Ağdaş, Yevlax, Goranboy rayonları ərazisindən keçən hissəsində qatı duman səbəbindən görmə məsafəsi xeyli azalıb.

Sürücülər qət etdikləri məsafədə bu səbəbdən minimum sürət həddi tətbiq etməyə üstünlük verir.

Oxşar təbiət hadisəsinin yaşandığı Mingəçevir şəhərində isə axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 20 Yanvar küçəsində axşam saatlarında iki avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO