Azərbaycanlı zabit düşmənin yaralı əsgərinə kömək etdi - VİDEO

Azərbaycanlı zabit düşmənin yaralı əsgərinə kömək etdi - VİDEO

Hazırda oxunan: Azərbaycanlı zabit düşmənin yaralı əsgərinə kömək etdi - VİDEO

5123

Xocavəndin tərkibində olan Köhnə Tağlar kəndi ətrafında erməni silahlılarına qarşı keçirilən əməliyyat zamanı bir düşmən əsgəri yaralı vəziyyətdə ələ keçib.

Bizim.Media xəbər verir ki, bu barədə videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlardan məlum olur ki, erməni əsgəri qarnından yaralanıb və əsgərlər onun bağırsağının çölə çıxdığını deyirlər. Yaralı düşmən əsgərinə Azərbaycan ordusunun zabiti ilkin tibbi yardım göstərir, ağrıkəsici vurur və yarasını bağlayır.

“Qorxma, sənə kömək edəcəyik, ölməyəcəksən”,- döyüşçülərdən biri düşmən əsgərini sakitləşdirir.

Bildirilir ki, həmin düşmən əsgəri hərbçilərimizə əl qumbarası atmağa cəhd edərkən yaralanıb və tutulub. Yaralı düşmən əsgərinin əməliyyat olunmaq üçün hospitala göndərildiyi deyilir.

Xatırladaq ki, noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasından sonra Xocavəndin Hadrut qəsəbəsindən 35 kilometr məsafədə yerləşən Çaylaqqala və təxminən 25 kilometr məsafədə yerləşən Köhnə Tağlar kəndlərində bir qrup erməni yaraqlısı qalmışdı.

Həmin kəndlər hər tərəfdən Azərbaycan ordusunun nəzarətindədir, bununla belə Şuşanın Turşsu kəndi istiqamətindən gələn, çətin keçilən dağ yolu ilə ermənilər ora əlavə qüvvə gətirərək son günlər Hadrut ətrafında terror xarakterli diversiya əməlləri törədirdilər.

Nəticədə Azərbaycan ordusu dünən axşam həmin kəndləri nəzarət altına alıb. Bu haqda erməni tərəfi bildirir. Azərbaycan tərəfi hələlik məsələyə şərh vermir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO