Zaqatalada ictimai yerdə koronavirus xəstəsi aşkarlandı - FOTO

Zaqatalada ictimai yerdə koronavirus xəstəsi aşkarlandı - FOTO

Hazırda oxunan: Zaqatalada ictimai yerdə koronavirus xəstəsi aşkarlandı - FOTO

51065

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Əliabad qəsəbə sakini Ceyhun Rzayevə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

C.Rzayev barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO