Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri açıqlandı - SİYAHI

Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri açıqlandı - SİYAHI

Hazırda oxunan: Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri açıqlandı - SİYAHI

51049

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri bəlli olub.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatmadan sonra millimizin C liqasında mübarizə aparacağı açıqlanıb.

Püşkün nəticəsinə əsasən yığmamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq.

Liqa oyunlarına gələn ilin iyununda start veriləcək. Həmin vaxt 4 tur baş tutacaq. Digər iki tur sentyabrda təşkil olunacaq.

Millimiz qrup qalibi olsa, 2024/25 mövsümündə B liqasında oynamaq imkanı qazanacaq. Sonuncu yer isə D liqasına düşməmək uçun pley-offda mübarizə aparmaqla nəticələnəcək.
Qeyd edək ki, yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək. Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO