Laparoskopik əməliyyatlar üç xəstəxanada aparılır - DÖVLƏT AGENTLİYİ

Laparoskopik əməliyyatlar üç xəstəxanada aparılır - DÖVLƏT AGENTLİYİ

Hazırda oxunan: Laparoskopik əməliyyatlar üç xəstəxanada aparılır - DÖVLƏT AGENTLİYİ

50885

Son günlərdə sosial şəbəkələrdə dekabrın 12-də “Kəskin Kalkulyoz Xolesistit. Yerli Peritonit” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına daxil olmuş və üzərində cərrahi əməliyyat aparılmış vətəndaşla bağlı məlumat paylaşılıb. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, cərrahi əməliyyatı icra etmiş həkim tərəfindən bildirilib ki, xidmət icbari tibbi sığorta çərçivəsində qarşılanmayıb.

Lakin agentliyə daxil olan xəstəlik sənədlərinə əsasən, məlum olub ki, öd kisəsində mümkün olan destruktiv dəyişikliyi nəzərə alsaq, xəstə üzərində laparoskopik əməliyyat deyil, təcili laparotomiya əməliyyatının aparılması məqsədəuyğundur.

Yəni aparılan fiziki müayinələr xəstənin öd kisəsində destruktiv dəyişiklikləri olmasını inkar edir. 

Xəstə dekabrın 13-də ultrasəs və laborator müayinələrdən keçib və bu müayinələrin nəticəsi də xəstəliyin kəskin prosesini təsdiqləmir. Beləliklə, qeyd olunanları nəzərə alaraq əməliyyatın təcili qaydada deyil, planlı əsasla aparılmasına qərar verilib.
Məlumata əsasən, həmin əməliyyatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibb Mərkəzdə, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Sabunçu Tibb Mərkəzində aparılması mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO