Ağstafada gənclər arasında dava - Ölən və yaralanan var - YENİLƏNİB

Ağstafada gənclər arasında dava - Ölən və yaralanan var - YENİLƏNİB

Hazırda oxunan: Ağstafada gənclər arasında dava - Ölən və yaralanan var - YENİLƏNİB

50691

Ağstafada gənc oğlanı qətlə yetirən şəxsin kimliyi bəlli olub.

Qətli törətməkdə şübhəli bilinən şəxs mərhumun dayısı oğlu, 1999-cu il təvəllüdlü Əsgərov Əli Mübariz oğludur.

O,  Çingiz Vəlizadəyə ürək nahiyəsindən öldürücü bıçaq zərbəsi endirib.

***

Ağstafa rayonunda qətl hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Dava zamanı onları sakitləşdirməyə çalışan sözügedən kəndin daha bir sakini, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kələntər oğlu isə sol əlinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırmalar aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO