Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, liderləri Qarabağdakı vəziyyəti müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Böyük Britaniya Rusiyaya xəbərdarlıq etdi - Putinlə telefon danışığı
Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.
Liderlə atəşkəs rejiminə riayət edilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıblar.
Həmçinin, Avropa İttifaqı strukturlarının rəhbərlərinin İlham Əliyev və Nikol Paşinyanla 2021-ci il dekabrın 15-nə planlaşdırılan görüşünün faydalı olacağı bildirilib.
Bizim.Media