“Zəngəzur dəhlizi Laçın dəhlizi kimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”
"Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri ilə təmin etməlidir”, - dövlət başçısı bildirib.
Bizim.Media