Toyuq dönərləri YIĞIŞDIRILIR? – AQTA-dan AÇIQLAMA

Toyuq dönərləri YIĞIŞDIRILIR? – AQTA-dan AÇIQLAMA

Hazırda oxunan: Toyuq dönərləri YIĞIŞDIRILIR? – AQTA-dan AÇIQLAMA

50660

Bakıda toyuq dönərindən 8 nəfərin zəhərlənməsi “Fast Food" yeməyinə illərdir qoyulan qadağanı yenidən gündəmə gətirib. 15 ildir Azərbaycanda satışının qadağan olunmasına baxmayaraq, toyuq dönərinə hələ də tələbat var.

Hətta bir müddət əvvəl Türkiyədən toyuq idxalına da qadağa qoyulmuşdu. 

Maraqlıdır ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə toyuq dönərlərinin satışının qadağan olunmasının təminatı və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı dəfələrlə xəbərdarlıqlar edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qida zəhərlənmələrindən qorunmaq üçün BUNLARA DİQQƏT edin


Amma nə bu qadağaya əməl edən, nə də ölkədə fəaliyyət göstərən dönərxanaları yığışdıranlar var. Halbuki dönər problemli qida olduğuna görə məhz ona qadağa qoyulub. 

Üstəlik dönərin hazırlanmasında toyuq budundan istifadə edən dönərxanaların gigiyenik sertifikata malik olduğu da sual altındadır. 

Maraqlıdır, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi toyuq dönərinə əks gedən sahibkarlarla bağlı hansı tədbiləri görür? Ümumiyyətlə dönərxanalarda monitorinqlər aparırmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Agentlik rəsmizi Aysel Fərziyeva təmsil etdiyi qurum tərəfindən mütəmadi olaraq qida məhsullarının istehsal və emal sahələrində, eləcə də ictimai iaşə müəssisələrində nəzarət tədbirlərinin həyata keçirildiyini bildirib:

“Qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə müvafiq tədbirlər görülür. Bütün heyvan mənşəli qida məhsulları kimi baytarlıq və sanitar-gigiyena qaydaları çərçivəsində hazırlanan, qida təhlükəsizliyi tələblərinə cavab verən toyuq mənşəli qidaların satışına və istehlakına dair hər hansı məhdudiyyət yoxdur. Burada istehlakçıların diqqət etməli olduğu əsas məsələ emal və ya satış müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsi və məhsulların sağlamlığını təsdiq edən sənədlərlə müşayət olunmasıdır.

Həmçinin vətəndaşların ictimai iaşə müəssisələrində istehlak etdiyi toyuq ətinin sağlamlığını təsdiq edən müvafiq sənədləri tələb etmək hüquqları var”.
Agentlik rəsmisi əlavə edib ki, sahibkarlar öz növbəsində istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyırlar:

“Vətəndaşlarda istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi ilə bağlı şübhə yaranarsa, Agentliyin 1003 "Çağrı Mərkəzi"nə məlumat ver bilərlər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO