Baş prokuror BMT-nin tədbirində çıxış etdi - FOTO

Baş prokuror BMT-nin tədbirində çıxış etdi - FOTO

Hazırda oxunan: Baş prokuror BMT-nin tədbirində çıxış etdi - FOTO

50659

Dekabrın 13-də Misir Ərəb Respublikasının Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyası öz işinə başlayıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

192 dövlətin hökumət başçıları, ali dövlət rəsmiləri və 15 nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxslərinin bir araya gəldiyi tədbirdə sözügedən konvensiyanın üzv ölkələrdə icra vəziyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər və bu kontekstdə reallaşdırılan islahatlar, eləcə də ortaya çıxan problemlərin həlli yolları müzakirə edilib.

Hibrid formatda keçirilmiş tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi Prokurorluq, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti əyani, habelə video-konfrans formatında təmsil ediblər.

Konfransda çıxış edən Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə əldə edilmiş milli təcrübənin spesifik xüsusiyyətlərini müxtəlif aspektlər üzərindən diqqətə çatdıraraq, mövcud siyasi iradəyə uyğun şəkildə ölkəmizdə icra edilmiş instusional və hüquqi yeniliklərdən bəhs etmiş, cinayət-hüquqi icraatlarda əmlak müsadirəsi və vurulmuş ziyanın ödənilməsi mexanizminin təkmilləşdirilməsinə dair nümunələr göstərmiş, bütün bunların balanslı anti-korrupsiya siyasətinin gələcək inkişafı üçün əlverişli zəmin yaratdığını bildirib.

Tədbirdə BMT üzv dövlətlərinin, beynəlxalq QHT-lərin, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri fiziki və onlayn əsasda iştirak edərək panelistlərə onları maraqlandıran sualları ünvanlayıblar.

Konfrans öz işini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO