İctimai Şuranın yeni sədri: “Məktəbdə çəkilən klipi mən də xoş qarşılamadım”

İctimai Şuranın yeni sədri: “Məktəbdə çəkilən klipi mən də xoş qarşılamadım”

Hazırda oxunan: İctimai Şuranın yeni sədri: “Məktəbdə çəkilən klipi mən də xoş qarşılamadım”

50568

“İlk hədəfim məktəblərin vəziyyəti ilə bağlı fəaliyyəti, bu günə qədər qarşılaşdığımız problemləri və şikayətləri araşdırmaq olacaq. İstəyirəm ki, İctimai Şura qapalı bir ortam olmasın. Ətrafdakı təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, bu sahəyə töhfə verən insanlar, müəllimlər və qurumlarla birgə işləyəcəyik”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri seçilən Günel Səfərova gələcək fəaliyyətindən və hədəflərindən danışarkən qeyd edib.

MÖVZU İLƏ BAĞLI:

İbtidai sinifdə “din” təbliğatı – Uşaqlarımızı kim öz oyunlarına alət etmək istəyir? - VİDEO


Onun sözlərinə görə yaxın günlərdə 2 illik struktur olacaq İctimai Şuranın fəaliyyət planı hazırlanacaq:

“Fəaliyyətimiz ictimai vəkillik kampaniyası kimi olacaq. Təhsil sahəsində olan çətinlikləri aradan qaldırmağı, Təhsil Nazirliyinin fəaliyyətinə baxmağı, vəziyyəti müəyyənləşdirmək üçün monitorinqlər keçirməyi və müxtəlif diaqnostik qiymətləndirmə alətlərindən istifadə etməyi də planlaşdırırıq.

Hamızın şikaytləndiyi dərsliklərin dilinin çətinliyi, dərs yükünün qeyri-bərabər bölüşdürülməsi, regionlarda müəllim çatışmazlığı, bölgələrə müəllim marağının azalması, eləcə də ali məktəbə qəbulda yaranan bəzi problemlərlə bağlı konkret fəaliyyətlər olacaq.

Sadalanan problemləri köklü və tam həll etmək mümkün deyil. Amma böyük bir başlanğıq edə bilərik və burada formal fəaliyyətdən söhbət getmir”. 
Günel Səfərova şagirdlərin iştirakı ilə çəkilən dini klipə də münasibət bildirib. O, məsələ ilə bağlı İctimai Şuranın da aidiyyəti qurumlara müraciət edəcəklərini deyib:

“Bu məsələ ilə bağlı mənim və İctimai Şura üzvülərinin Təhsil Nazirliyi ilə birgə müzakirəsi olacaq.

Mən də həmin klipi və dinin o formada çatdırılmasını xoş qarşılamadım. Amma bütün dünyada din və əxlaq dərsi keçirilir.
Əslində bizim din, əxlaq, reproduktiv sağlamlıq və insan davranışları ilə bağlı “Həyat bilgisi” fənnimiz var. Sadəcə onun kontentini gözəl işləmək lazımdır. Yəni, uşaqlar buna sıradan dərs kimi baxmasın. İstənilən dövlətdə uşaq rifahı əsas götürülür. Hansı uşaq müəssisəsinə daxil olanda qayda imzalayırıq? Uşaqlara, gənclərə münasibəti dəyişdirəcək bir stradegiya fikirləşməliyik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO