Azərbaycan şahmatçıları Avropa çempionatında 5 medal qazandı - FOTO

Azərbaycan şahmatçıları Avropa çempionatında 5 medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan şahmatçıları Avropa çempionatında 5 medal qazandı - FOTO

50560

Azərbaycan şahmatçıları məktəblilər arasında Avropa çempionatında 5 medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yarış koronavirus pandemiyası üzündən onlayn qaydada keçirilib.

13 yaşlı qızların mübarizəsində Nərmin Abdinova final görüşündə 1.5:0.5 xal hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb.

15 yaşlı oğlanların qrupunda Şiroğlan Talıbov finalda məğlub olmaqla gümüş medalla kifayətlənib. Xaqan Əhməd isə eyni əyarlı medalı 10 yaşlı oğlanlar arasında qazanıb.

11 və 10 yaşlı qızların yarışında müvafiq olaraq Lalə Hüseynova və Əsnəd Vəliyeva bürünc medal əldə edib.

Qeyd edək ki, ümumilikdə, final mərhələsində Azərbaycanın 9 şahmatçısı mübarizə aparıb. Çempionat iki mərhələ üzrə Tornelo oyun platformasında təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO