İranda media qurumunun rəhbəri edam edildi

İranda media qurumunun rəhbəri edam edildi

Hazırda oxunan: İranda media qurumunun rəhbəri edam edildi

5049

İranda “Amad News” xəbər portalının rəhbəri edam edilib.

Bizim.Media “İRNA”ya istinadla xəbər verir ki, "Amad News" xəbər portalının rəhbəri Ruhulla Zam bu gün səhər saatlarında edam olunub.

Məlumata görə, R.Zam  "inqilab əleyhinə fəaliyyətə" görə tutulub. Belə ki, o, İranda baş verən 2017-ci ilin dekabr - 2018-ci il yanvar etirazlarını fəal şəkildə işıqlandırıb.

O, Fransa kəşfiyyatı tərəfindən idarə olunmaqda da ittiham edilib. Media qurumunun başçısının eyni zamanda ABŞ və İsrailin kəşfiyyat xidmətlərindən dəstək almaqda da təqsirli bilinib.

2019-cu il oktyabr ayının ortalarında İslam İnqilabı Keşikçiləri Korpusu Ruhulla Zamın tutulduğunu elan edib.

Associated Press-in məlumatına görə, Zam Parisdə mühacirətdə yaşayırdı, onun necə saxlanıldığı barədə məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO