Lavrov:

Lavrov: "Qarabağ münaqişəsinin həllində İranın maraqlarından yan keçilməyib"

Hazırda oxunan: Lavrov: "Qarabağ münaqişəsinin həllində İranın maraqlarından yan keçilməyib"

5048

“Dağlıq Qarabağdakı münaqişənin Azərbaycan-Ermənistan-Rusiya formatında həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb”.

Bizim.Media "TASS"a istinadla məlumat verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziyası və Radiosuna müsahibəsində bildirib.

Lavrov qeyd edib ki, münaqişə tərəflərinin özləri Rusiyanın vasitəçiliyində maraqlı olublar:

“Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistana məxsusdur. Yalnız bu, bəyanatdakı iştirakçıların tərkibini müəyyənləşdirib. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola da bilməzdi”.

Lavrov bildirib ki, İranın narahatlığı da başadüşüləndir:

“Çünki Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək, xüsusilə də bu maraqlar ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyi bir vaxtda daha da güclənib”.

Rusiya XİN rəhbərinin sözlərinə görə, uzun illərdir hamının təsdiq etdiyi əsas prinsipdən imtina etmək mümkün deyil.

“Hamımız yan-yana yaşayırıq və indi Zaqafqaziya ölkələri arasındakı problemlərin aradan qaldırılması zamanı qonşular olaraq bu prosesə kömək etməliyik”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO