UEFA Avropa Liqasında (AL) pley-off mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, İsveçrənin Nyin şəhərində keçirilən mərasimdə qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqası qruplarında 3-cü yeri tutmuş eyni sayda komanda iştirak edib.
Püşkün nəticəsinə əsasən, pley-off cütlükləri məlum olub.
"Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)
"Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya)
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
"Zenit" (Rusiya) - "Betis" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)
"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya)
"Portu" (Portuqaliya) - "Latsio" (İtaliya)
Qeyd edək ki, pley-off mərhələsində ilk görüşlər 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:36 / 13.12.2021
Avropa Liqasının “pley-off”unda bu cütlüklər üz-üzə gələcək
Hazırda oxunan: Avropa Liqasının “pley-off”unda bu cütlüklər üz-üzə gələcək
Hazırda oxunan: Avropa Liqasının “pley-off”unda bu cütlüklər üz-üzə gələcək
50467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.