Daşaltıda minaya düşən Orxanın ATASI – “Yeni doğulan körpəsini görmədi” - FOTO

Daşaltıda minaya düşən Orxanın ATASI – “Yeni doğulan körpəsini görmədi” - FOTO

Hazırda oxunan: Daşaltıda minaya düşən Orxanın ATASI – “Yeni doğulan körpəsini görmədi” - FOTO

50451

“Bir aydan çox idi ki, Qarabağda idi. Ötən həftə ailəsinə baş çəkməyə gəlmişdi. Gedəndən sonra ikinci övladı dünyaya gəldi. Zəngləşdik, anası və həyat yoldaşı ilə danışdı. Yeni doğulan körpəsinə ad da qoydu. Heyf ki, uşağı görmədi. Öldüyü gün də telefonla hal-əhval tutduq. Ağlımıza da gətirməzdik ki, oğlum dəhşətli faciənin qurbanı olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Daşaltı ərazisində minaya düşən Orxan Xanatovun atası Nazim Xanatov deyib.

MÖVZU İLƏ BAĞLI:

Daşaltıda iki azərbaycanlı minaya düşərək həlak oldu


Onun sözlərinə görə oğlu Daşaltıdan əvvəl Hadrutda elektrik xəttlərinin çəkilməsi işlərində iştirak edib:

“Hadrutdan sonra Daşaltıda komanda şəklində çalışırdılar. Hadisə ilə bağlı hərə bir söz deyir. Hər halda düşmən təxribatıdır və minanın sonradan basdırıldığı da ehtimal olunur. Versiya çoxdur. Gözləyirik, araşdırmalardan sonra səbəb məlum olacaq. Oğlumun ölümü düşmən təxribatı nəticəsində baş verdiyi üçün şəhid sayılır. Hər halda bununla bağlı müraciət edəcəyik. Ümid edirəm oğluma şəhidlik statusu verilər”. 

Xatırladaq ki, Daşaltı kəndi ərazisində təmir-tikinti işləri apararkən “Voltac” podratçı şirkətinin əməkdaşı, 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı, 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev minaya düşərək həlak olub.

Alçina Amilqızı, Bizim.Media 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO