“Sizdən tək fərqim odur ki...” - Aktyordan Ağalar Bayramova SƏRT CAVAB - VİDEO

“Sizdən tək fərqim odur ki...” - Aktyordan Ağalar Bayramova SƏRT CAVAB - VİDEO

Hazırda oxunan: “Sizdən tək fərqim odur ki...” - Aktyordan Ağalar Bayramova SƏRT CAVAB - VİDEO

50399

Ötən gün ARB-də yayımlanan Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qonaq olan aktyor Elcan Rəsulov Əməkdar artist Ağalar Bayramovu parodiya edib. Bu parodiya isə Ağalar Bayramovun heç də xoşuna gəlməyib və bu addımı düşüklüyün pik həddi adlandırıb. Həmçinin əməkdar artist verilişdə qonaq olan Dilarə Əliyevanın parodiyaya gülməyini mənasız hesab edib.

Bizim.Media xəbər verir ki, Elcan Rəsulovun da bu münasibətə cavabı gecikməyib.

O, sosial şəbəkə hesabında artıq parodiya ilə məşğul olmadığını, sadəcə aparıcı Zaurun təkidi ilə məcbur qalaraq etdiyini bildirib:

“Hörmətli və çox əziz Ağalar Bayramov cənabları.

Əslində mən sizi 2 il qabaq parodiya etmişdim və səhv etmirəmsə, siz də buna etiraz etməmişdiniz.

Dəqiq xatırlamıram, məncə sizin oğlunuz bu barədə yazmışdı mənə. Hər halda neqativ fikir olsaydı təkrarlamağa çalışmazdım. Digər tərəfdən mən özüm parodiyaya o qədər də ciddi baxmıram, ölkə reallığını nəzərə alaraq təbii ki. Bunu dəfələrlə qonaq olduğum verilişlərdə də bildirmişəm. Hətta parodiya etmək sözünü eşidəndə getmədiyim efirlər və verilişlər var. Dediyim kimi, ciddi yanaşmıram və özümə yaraşdırmıram. Bir gənclik illərinin həvəsi kimi baxıram bu məsələyə. İndi gələk sizin "alınmadı" dediyiniz verilişə. Bəli orada alınmadı. Nə parodiya, nə musiqi, nə də məndən sonra Zakir Əliyevin ifası.

"Nəyə gülür özü də bilmir" dediyiniz Dilarə xanım da gördü mənim oradakı etirazlarımı. Elə canlı efir gedə-gedə. Hər halda alınmasa belə sizdən heç vaxt heç nə yazmayan saytların belə adınızın qələmə almasına yardımçı oldum”.

Elcan Rəhimov həmçinin sənət və təhsilindən söz açaraq, Ağalar Bayramova keçmişdəki tanışlıqları barədə xatırlatma da edib:

“Hələ camaatın məni tanımadığı vaxtlarda siz artıq məni yaxşı tanıyırdınız. Hələ 2003-2004 illərində. Sizin də müəllimi olduğunuz "Səhnə danışığı" kafedrasından mənə siz hələ təzə "Əməkdar artist" adı alanda artıq çoxdan "Xalq artisti" adını almış Laləzar Mustafayeva dərs deyirdi. Hətta 2 ya, 3- cü dərsdən sonra mənə demişdi ki, sənə səhnə danışığını öyrətməyə ehtiyac yoxdur. Sən artıq bunu mükəmməl bilirsən. Hələ digər sənət və səhnə müəllimlərindən danışmıram ki, təvazökarlıqdan uzaq çıxar. İndi də keçid edək mənim aktyorluğuma. Oynadığım obrazlara.

Sizdən yaşda 2 dəfə balaca olsam da, hər halda mənim artıq iki obrazım tamaşaçıların yadında uğurlu obraz kimi qalıb. Hətta bəzən məni obrazlarımın adı ilə çağırırlar. Baxmayaraq ki, o tamaşaçılar sizin bir obrazınızı belə tanımırlar, nəinki adını bilələr”.

Elcan həmçinin əməkdar artistə atmaca atmaqdan da çəkinməyib:

“Sizdən tək fərqim odur ki, mən hələ əməkdar artist deyiləm. O da çox keçməz sevindirrəm sizi. Amma bütün bunların fonunda mən sizdən üzr istəyirəm, bağışlayın, bir daha təkrar etmərəm. Çünki siz məndən çox böyüksünüz. Hətta mənim 14 il qabaq dünyasını dəyişmiş atamdan da böyüksünüz. Mənim nə həddimədir ki, böyüklərin sözündən çıxım. Söz verirəm bir daha belə şey görməyəcəksiniz”.

Həmin görüntüləri sizə təqdim edirik:


Səkinə Yusibli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO