Konfrans Liqasında PÜŞKATMA -

Konfrans Liqasında PÜŞKATMA - "Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir

Hazırda oxunan: Konfrans Liqasında PÜŞKATMA - "Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir

50382

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki,İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Püşkdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibi bilinəcək.

Püşk öncəsi komandalar iki qrupa bölünüb. "Qarabağ" qrup ikincisi kimi səpələnmişlər səbətində yer alıb.

Ağdam klubu səpələnməmişlər səbətində yer alan 8 komandadan birinə rəqib olacaq. Bunlar Avrop Liqasının qrup üçüncüləridir. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Səpələnmişlər: "Budyo Qlimt" (Norveç), "Qarabağ" (Azərbaycan), "Makkabi" (Təl-Əviv, İsrail), PAOK (Yunanıstan), "Partizan" (Serbiya), "Randers" (Danimarka), "Slaviya" (Praqa, Çexiya), “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Səpələnməmişlər: "Lester" (İngiltərə), "Midtüllan" (Danimarka), "Marsel" (Fransa), PSV (Niderland), "Rapid" (Vyana, Avstriya), "Seltik" (Şotlandiya), "Sparta" (Praqa, Çexiya), "Fənərbaxça" (Türkiyə) 

Qeyd: Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikincisi olacağı dəqiqləşəcək.

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO