Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib.
Bizim.Media-ya Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, yardım işğaldan azad edilmiş ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub.
Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına qardaşlıq münasibətinin daha bir nümunəsidir.
Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:13 / 12.12.2020
Pakistan Azərbaycana humanitar yardım göstərdi
Hazırda oxunan: Pakistan Azərbaycana humanitar yardım göstərdi
Hazırda oxunan: Pakistan Azərbaycana humanitar yardım göstərdi
5031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.