“Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Bu ifadəni ümumilli lider Heydər Əliyev Azərbaycanın dilbər guşələrindən biri sayılan Şuşa haqda danışarkən işlədib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin uzaqgörən siyasətinin əvəzsiz davamçısıdır və bunu 2020-ci ildə bir daha isbatlayıb.
Həmin il həm də Ulu Öndərin "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” tarixi sözləri bütün azərbaycanlıların həyatında gerçəyə çevrilib. Şuşa 28 il sonra erməni işğalından azad olunub.
MÖVZU İLƏ BAĞLI:
Ümummilli lider Heydər Əliyevin vəfatından 18 il ötür
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ
Dövlət başçısı Şuşanın işğaldan azad edildiyi xəbərini bu sözlərlə elan edib:
“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
Dahi şəxsiyyət Heydər Əliyev və məğlubedilməz sərkərdə olan Prezident İlham Əliyevin Şuşa haqqında dediyi digər tarixi sözlər də xalqın yaddaşına yazılıb, ürəklərə həkk olunub.
Daha ətraflı videoda:
Bizim.Media