İnternet TV-lərin aqibəti necə olacaq? - Ekspert lisenziya məsələsini şərh etdi

İnternet TV-lərin aqibəti necə olacaq? - Ekspert lisenziya məsələsini şərh etdi

Hazırda oxunan: İnternet TV-lərin aqibəti necə olacaq? - Ekspert lisenziya məsələsini şərh etdi

50232

“Milli Məclisdə müzakirə ediləcək "Media haqqında" qanun layihəsində internet televiziyaların da daxil olduğu fəaliyyət sahəsinin birmənalı olaraq lisenziyalaşması qeyd edilib. Könüllülük prinsipi layihədə heç bir yerdə nəzərdə tutulmayıb".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Media haqqında” yeni qanun layihəsində internet televiziyalara lisenziya verilməsinin könüllü olub-olmaması məsələsindən danışarkən deyib.

O. Gündüz sosial şəbəkə hesabında qeyd edib ki, internet televiziyaların lisenziyalaşması ilə bağlı yayılan bütün xəbərlərdə MTRŞ sədrinin, "lisenziya könüllü olacaq" fikri qabardılıb. Bu, insanlar arasında çaşqınlıq yaradıb:

"Mən isə parlamentdə çıxışımda qeyd etdim ki, dövlətə məxsus tezlik resursundan istifadə etməyən internet televiziyaların lisenziyalaşması tələbi doğru deyil. Onlayn medianın tənzimlənməsinə həssas yanaşılmasının vacibliyini, daha çox inkişafa kömək edəcək məqamlara diqqət yetirməyi, "platforma yayımçısı" və "platforma operatoru" məsələlərinə aydınlıq gətirilməsi məsələsini qaldırdım. Bütün dünyanın istifadə etdiyi internet televiziya anlayışı nədənsə bu qanunda "platforma yayımçısı" adı altında istifadə edilib".

O.Gündüz əlavə edib ki, qanun layihəsində "Sifarişli yayım xidməti provayderi" , "Platforma operatoru" kimi anlayışlar da var:

Qanun layihəsində bu qurum, yəni "Sifarişli yayım xidməti provayderi" istifadəçinin istəyinə uyğun proqram təklif edir və məzmuna da məsuliyyət daşıyır. Maraqlıdır ki, qanunda layihəsində "Platforma yayımçısı" kimi "Sifarişli yayım xidməti provayderi"nin, "Platforma operatoru"nun da lisenziya alması nəzərdə tutulub.

Beləliklə, buradan gəldiyim qənaət ondan ibarətdir ki, qanun layihəsi bu formada qəbul edilsə, bu zaman "Netflix", "Megogo", "Oll.tv", "Vimeo" və s. video xidmət platformaları Azərbaycanda yayım üçün lisenziya almalı olacaq. Bu video servislərin ölkəmizdə xeyli istifadəçiləri var.
Güman ki, onlardan Azərbaycanda nümayəndəlik açmaq və qeydiyyatdan keçmək tələb olunacaq. Əks halda onlar ölkə ərazisində qadağan oluna bilər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO