Yapon alimlərindən daha bir ixtira ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, yaponlar bu dəfə də ultrabənövşəyi şüa altında koronavirusu aşkar edə bilən üz maskası istehsal ediblər.
Kioto Dövlət Universitetinin mütəxəssisi Yasuhiro Tsukamotonun rəhbərlik etdiyi qrup bədəndəki yad formasiyaları zərərsizləşdirən antikor və ya zülal istehsal edə bilən dəvəquşu yumurtalarından istifadə edərək Covid-19-a diaqnoz qoya bilən üz maskası hazırlayıb.
Maskanın 10 günlük sınaq müddətində Covid-19-a yoluxmuş 32 subyektlə virusu aşkarlaya bildiyi açıqlanıb.
Yeni üz maskası gələn il hökumətin icazəsi alındıqdan sonra istifadəyə veriləcək. Bildirilir ki, maska hər kəs üçün əlçatan olarsa, Covid-19 sınaq prosesində yeni zəmin yarada bilər.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
19:56 / 11.12.2021
Yaponlardan yeni İXTİRA - Koronavirusu aşkar edə bilən maska HAZIRLANDI
Hazırda oxunan: Yaponlardan yeni İXTİRA - Koronavirusu aşkar edə bilən maska HAZIRLANDI
Hazırda oxunan: Yaponlardan yeni İXTİRA - Koronavirusu aşkar edə bilən maska HAZIRLANDI
50215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.