Hərbi həkimlərin buraxılış mərasimi keçirildi - FOTO

Hərbi həkimlərin buraxılış mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Hərbi həkimlərin buraxılış mərasimi keçirildi - FOTO

50189

Hərbi Tibb Fakültəsinin rezidenturasında təhsil alan hərbi həkimlərin növbəti buraxılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunların respublikanın aparıcı professor müəllimlərindən dərs aldıqlarını, Vətən müharibəsi dövründə hərbi həkimlərlə birlikdə rezidentlərin də cəbhə bölgəsinə ezam olunaraq yaralı hərbi qulluqçulara ilkin tibbi yardım göstərdiklərini qeyd ediblər.

COVID-19 pandemiyasına qarşı ordumuzda da ciddi mübarizə aparıldığı, bu sahədə kursantlar, rezidentlər və həkimlərin əvəzsiz xidmətləri olduğu xüsusi vurğulanıb.

Tədbirin sonunda rezidentlərin təhsil müddətində ixtisasları üzrə apardıqları cərrahiyyə əməliyyatları və müalicə zamanı lentə aldıqları çəkilişlərdən ibarət qısametrajlı videoçarx nümayiş etdirilib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO