Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Daxili işlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, dekabrın 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb.
Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur.
T.Qurbanov istintaqa təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:40 / 11.12.2021
Bakıda odlu silahla qətl törədən şəxs TUTULDU - Yaxın qohumu imiş
Hazırda oxunan: Bakıda odlu silahla qətl törədən şəxs TUTULDU - Yaxın qohumu imiş
Hazırda oxunan: Bakıda odlu silahla qətl törədən şəxs TUTULDU - Yaxın qohumu imiş
50138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.