Fənn olimpiadalarına elektron qeydiyyat başladı

Fənn olimpiadalarına elektron qeydiyyat başladı

Hazırda oxunan: Fənn olimpiadalarına elektron qeydiyyat başladı

50108

Dekabrın 10-dan  fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilib.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

10-20 dekabr tarixlərində qeydiyyat, sorğuların qəbul edilməsi, 25-30 dekabr tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 5-10 yanvar tarixlərində isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Fənn olimpiadalarının yarımfinal turunun keçiriləcəyi tarix açıqlandı


IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir.

Xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçiriləcək.

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin 2022-ci ilin yanvar ayının ikinci yarısında keçirilməsi planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO