Gözlərinizin rəngi nədən xəbər verir? – Ən nadir GÖZLƏR

Gözlərinizin rəngi nədən xəbər verir? – Ən nadir GÖZLƏR

Hazırda oxunan: Gözlərinizin rəngi nədən xəbər verir? – Ən nadir GÖZLƏR

50074

Əksər astroloq, psixoloq və fizioqnomiklər (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin edənlər) gözlərə görə insan haqqında çox şeyi öyrənməyin mümkünlüyündən əmindirlər.

Bizim.Media xəbər verir ki, şəxsiyyətin tipini, onun xasiyyətinin müxtəlif cəhətlərini ancaq gözün rənginə görə müəyyənləşdirmək olur.

Yaşıl gözlər

Bu insanlar adətən zərif və xeyirxah olurlar. Amma vacib bir məsələdən söhbət gedirsə, onları başqa cür də görmək mümkündür. Lazımi anda sərt və qətiyyətli ola bilirlər. Lakin yaşıl göz insanların xeyirxahlığı heç vaxt itmir. Münaqişələrdən uzaq durmağa çalışırlar. Mübahisəli məsələləri isə sülh yolu ilə həll etməyə üstünlük verirlər. Ən nadir göz rəngi sayılır. Dünyada cəmi 2 % insanlar yaşıl gözə sahibdirlər.

Qəhvəyi gözlər

Daha çox yayılmış göz rəngidir. Temperamentli və impulsivdirlər. Onları özündən tez çıxartmaq olur. Buna rəğmən çətin anlarda həm də ağıl və özlərini əldə saxlamaqları ilə seçilirlər. Şablondan iyrənirlər. Ona görə də həmişə yenilik axtarışındadırlar.

Mavi (göy) gözlər

Dəqiqlik və həyata ayıq baxışları ilə fərqlənirlər. Əsasən sakit təbiətlidirlər. Panika və fikir dağınıqlığı onlara görə deyil. Lakin çox həssas və küsəyən olurlar. Xırda nəyləsə də qəlblərinə dəyə bilərsiniz. Məqsədyönlülükləri ilə də seçilirlər. 

Boz gözləri

Çətinlik görsə, geri çəkilməz, öz məqsədinə doğru həmişə çıxış yolu axtaracaq. Etibarlı sayılırlar. Kritik vəziyyətlərdə problemi özlərinə sərfəli formada tez həll etməyi də bacarırlar. 

Qara gözlər

Çılğınlıq və dalaşqanlıqları ilə özəldirlər. Lakin uzun müddət kin saxlaya bilmirlər. Diqqət mərkəzində olmağı da sevirlər. Ona görə də asanlıqla yeni tanışlıq qura, ətrafdakılarla ümumi dil tapa bilirlər. 

Elm nə deyir?

Sonuncu araşdırmalara görə insan gözünün genetikası göründüyündən qəlizdir. 

Alimlər rəngin formalaşmasında iştirak edən 50 yeni gen aşkarlayıblar. 

Bunun üçün Avropa və Asiyada 200 min insan üzərində tədqiqatlar aparılıb. 

Asiyadakı bəzi insanların gözünün irisi avropalıların göz rənginə çox bənzəyib.

Alimlər əvvəllər göz rənginin 1-2 genlə yarandığını düşünürdülər. Son araşdırmalar isə bu sayın onlarla olduğunu təsdiqləyib. Həmçinin o da məlum olub ki, həmin genlərdən bəziləri saç və dəri rənglərinin də formalaşmasında iştirakçıdır. 

Araşdırmalar göz xəstəliklərinin yaranma səbəblərini bilməyə və DNT ilə göz rənginin necə olacağını əvvəlcədən öyrənməyə kömək edəcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO