Britaniya məhkəməsi Culian Assancın ABŞ-a ekstradisiyasına icazə verdi

Britaniya məhkəməsi Culian Assancın ABŞ-a ekstradisiyasına icazə verdi

Hazırda oxunan: Britaniya məhkəməsi Culian Assancın ABŞ-a ekstradisiyasına icazə verdi

50044

İngiltərə və Uels üzrə Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin WikiLeaks-in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyasına dair müraciətini təmin edib. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü dərc olunan məhkəmə qərarında deyilir.

İndi iş birinci instansiyaya - Vestminster Magistrat Məhkəməsinə qaytarılacaq.

Qurum əvvəllər 50 yaşlı avstraliyalının intihar riski səbəbindən ABŞ-a ekstradisiya oluna bilməyəcəyinə qərar vermişdi. Sənəddə WikiLeaks-in təsisçisinin həbsdə qalması da nəzərdə tutulub.

“Apellyasiya məhkəməsi Assanjın nümayəndələrinin ABŞ Prokurorluğu tərəfindən verilən təminatlarla bağlı hər cür tənqidini rədd etdi və belə nəticəyə gəldi ki, bunlar hakimin qərarının əsasını təşkil edən narahatlıqları (Assancın intihar təhlükəsi ilə bağlı) aradan qaldırmaq üçün kifayətdir. Bu səbəbdən məhkəmə apellyasiya şikayətini təmin etmək qərarına gəldi və əmr etdi ki, hakim işi magistrat məhkəməsinə qaytarsın”, deyə məhkəmə qərarında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO