Aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlandılar

Aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlandılar

Hazırda oxunan: Aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlandılar

0:00
0:00
49940

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, şəhər sakini Vüqar Cəfərova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı


V.Cəfərova rayonda yerləşən bazar ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Aktiv COVID-19 xəstəsi olan rayonun Qədimkənd kənd sakini Novruz Hüseynov da analoji qayda pozuntusunu törədib.

Yaşadığı ünvanı tərk edən həmin şəxs çalışdığı yanacaq doldurma məntəqəsində aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.

Hər iki şəxs barəsində Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO