Ermənistana Rusiyadan hansı təzyiqlər edilib? – Qabil Hüseynli Paşinyanın son çıxışı HAQQINDA 

Ermənistana Rusiyadan hansı təzyiqlər edilib? – Qabil Hüseynli Paşinyanın son çıxışı HAQQINDA 

Hazırda oxunan: Ermənistana Rusiyadan hansı təzyiqlər edilib? – Qabil Hüseynli Paşinyanın son çıxışı HAQQINDA 

49858

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycanın Qərb rayonları ilə Naxçıvanın əlaqələndirilməsi üçün Ermənistan üzərindən yolların açılmasını mümkün adlandırıb. Bildirib ki, bu açılım Ermənistana da imkan verəcək ki, Azərbaycanın üzərindən Rusiyaya və İrana asan çıxış əldə etsin.

Bu 1 ildən çox vaxt keçməsindən baxmayaraq, 10 Noyabr üçtərəfli bəyannamənin şərtlərini yerinə yetirməkdən boyun qaçıran Nikolun son sözləri isə ekspert tərəfindən bir neçə aspektdən şərh edilir. 

Politoloq Qabil Hüsüeynlinin fikrincə, Paşinyanın bu cür çıxışına səbəb olan versiyalardan birincisi Rusiya prezidenti Vladimir Putinin təzyiqləridir.

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamenti müxalifətin delimitasiya ilə bağlı layihəsini rədd etdi


“Bildiyiniz kimi, ardıcıl qaydada Moskvada tərəflərin müxtəlif səviyyəli görüşləri keçirilir. Bu onu  göstərir ki, rəsmi Kreml bilavasitə məsələlərə nüfuz etməyə başlayıb. Burada digər səbəb isə Brüssel görüşü ərəfəsində Paşinyanın bu cür çıxışlarının səbəbi həmçinin  Ermənistanın guya danışıqlar zamanı konsturktiv rol oynaması, proseslərin çözmək tərəfdarı olmasını dünya ictimaiyyətinə, həmçinin Avropa Birliyinin siyasi elitasına çatdırmaqdan ibarətdir”.

Qabil Hüseynli qeyd edib ki, baş verənlər Ermənistanın o qədər də səmimi olmadığını, müxtəlif oyunlar oynadığını, təzyiq gördükdə hərəkətlərini korrektə etdiyini göstərir. 

Siyasi ekspert Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın xeyrinə verdiyi qərarın da mümkün təsirindən danışıb: 

“Bu birbaşa müzakirə edilən məsələlərə aid olmasa da əlbəttə ki, ermənilərə psixoloji təsiri var. Artıq ermənilərin törətdiyi vəhşilikləri barədə Beynəlxalq Ədalət Məhkəməsi hökm verirsə, onların hərəkət imkanlarının nə qədər daraldığı üzə çıxır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO