İnsan ömrünü artıran vitamin aşkarlandı

İnsan ömrünü artıran vitamin aşkarlandı

Hazırda oxunan: İnsan ömrünü artıran vitamin aşkarlandı

49758

D vitamininin defisiti ölüm riskini artırır. Bu xüsusilə şəkərli diabet və xroniki xəstəlikləri olan insanlara aiddir.

Bizim.Media xəbər verir ki, alimlər 1991-2011-ci illər arasında 80 minə yaxın insanın sağlamlıq və həyat tərzinə nəzarət edirdilər.

Nəticədə məlum olub ki, qanda D vitamininin kəskin defisiti (10 nmol/l-dan aşağı) ölüm riskini 2-3 dəfə artırır. Əksinə isə D vitamininin 50-90 nmol/l səviyyədə olması ölüm riskini 30-40% azaldır.

Qanda D vitamininin səviyyəsi 50 nmol/l-dan aşağı olan şəkərli diabet xəstələrində qanda D vitamininin normada olan xəstələrlə müqayisədə ölüm riski 4,4 dəfə artmış olur.

D vitaminin defisitinin simptomları:

- İmmunitetin zəifləməsi, orqanizmin infeksiyalara qarşı davamlılığının azalması

- Əhvalın düşməsi, depressiya

- Əzələ və oynaqlarda ağrılar

- Dırnaqların kövrək olması, qırılması

- Səbəbsiz yorğunluq

D vitaminin əsas mənbəyi gün şüalarıdır. Bu vitamin dərimizdə gün şüalarının təsirindən sintez olunur. D vitamininin günlük dozasını almaq üçün 15-20 dəqiqə ərzində gün şüalarını qəbul etmək kifayətdir.

D vitamininin kəskin defisiti zamanı vitamin həkim tərəfindən əlavə olaraq təyin oluna bilər. (Saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO