Azərbaycan Badminton Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Badminton Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib.
"Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov federasiyanın yeni prezidenti seçilib.
Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov isə İdarə Heyətinin üzvləri seçiliblər.
İclasda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının sabiq prezidenti Mikayıl Cabbarov çıxış edərək federasiyanın yeni rəhbərliyini təbrik edərək, uğurlar arzulayıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:12 / 08.12.2021
Badminton Federasiyasına yeni prezident seçildi
Hazırda oxunan: Badminton Federasiyasına yeni prezident seçildi
Hazırda oxunan: Badminton Federasiyasına yeni prezident seçildi
0:00
0:00
49731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.