Rusiya FTX-da terror aktı - Ölü və yaralılar var

Rusiya FTX-da terror aktı - Ölü və yaralılar var

Hazırda oxunan: Rusiya FTX-da terror aktı - Ölü və yaralılar var

4966

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Qaraçay-Çərkəz Respublikası üzrə regional idarəsində partlayış baş verib.

Bizim.Media “İnterfaks”a istinadla məlumat verir ki, kamikadze tərəfindən törədilən terror aktı nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb:

“İlkin məlumata görə, radikal və ekstremist yönümlü bir nəfər FTX-nın binasına girib “Allahu Əkbər” qışqıraraq özünü partladıb”.

Agentliyin digər mənbəsinin açıqladığı məlumata görə isə iki dəfə partlayış olub. Səhər saat 07-də FTX-nın binasında kiçik həcmli bomba partlayıb. Bir neçə saat sonra isə FTX əməkdaşları hadisə yerində iş apararkən onlara avtomobil yaxınlaşıb. Avtomobildən kamikadze düşərək özünü partladıb.

“Baza” nəşri də analoji məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO