Bank olmayan 5 kredit təşkilatının öhdəlikləri nə qədərdir? - MƏBLƏĞLƏR

Bank olmayan 5 kredit təşkilatının öhdəlikləri nə qədərdir? - MƏBLƏĞLƏR

Hazırda oxunan: Bank olmayan 5 kredit təşkilatının öhdəlikləri nə qədərdir? - MƏBLƏĞLƏR

49611

2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 Bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 10 milyon manatdan çoxdur.

Bizim.Media biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Aqrarkredit” (12 204,613 milyon manat), “Finoko” (20,007 milyon manat), “Embafinans” (18,666 milyon manat), “International” (11,76 milyon manat) və “FİNKA Azərbaycan”dır (10,703 milyon manat).
 

MÖVZU İLƏ BAĞLI:

Müflisləşən banklarda pulu qalmış vətəndaşlara XƏBƏRDARLIQ – “Bu tarixdə əmanətlər qaytarılır?”


​​​​​​​20 BOKT-un öhdəlikləri 1-10 milyon manat arasında, 17 BOKT-un öhdəlikləri isə 1 milyon manatdan azdır.

8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit”  2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO