Müflisləşən banklarda pulu qalmış vətəndaşlara XƏBƏRDARLIQ – “Bu tarixdə əmanətlər qaytarılır?”

Hazırda oxunan: Müflisləşən banklarda pulu qalmış vətəndaşlara XƏBƏRDARLIQ – “Bu tarixdə əmanətlər qaytarılır?”

49510

Müflisləşərək bağlanan 4 bankın - "AGBank", "AmrahBank", "AtaBank" və "NBC Bank"ın Kreditorlar Komitəsinin ilk iclası olacaq.

"AGBank" kreditorlarının iclasının dekabrın 16-da, "NBCBank" kreditorlarının isə dekabrın 21-də baş tutacaq. 

Bizim.Media-ya bu barədə danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Əmanətlərin Sığortalanması Fondu çalışmalıdır ki, mümkün qədər qısa müddət ərzində bu banklarda pulu qalmış vətəndaşların və  sahibkarların əmanəti qaytarılsın:

MÖVZU İLƏ BAĞLI:

Neft Fondunun bu il “Şahdəniz” yatağından əldə etdiyi GƏLİRLƏR


“Bu da ya həmin bankların əmlakının hərracda satılması ilə, ya da o bankların verdiyi kreditlərin geri qaytarılması ilə mümkün ola bilər. Ötən ilin aprelindən etibarən Fondun hansı işlər görməsi və ya nə qədər vəsait əldə etməsi ilə bağlı heç bir məlumat yoxdur. Əslində Kreditorlar Komitəsi çoxdan yaranmalı idi. Hansı ki, bu prosesə nəzarət etməlidir və Əmanətlərin Sığortalanması Fondu ildə bir dəfə kreditorlara maliyyə hesabatı verməlidir. Bəzi kreditorlar durumla bağlı məhkəmələrə müraciət etmişdilər. Məhz bundan sonra aidiyyətu qurum hərəkətə keçib. Artıq hər şey kreditorların iclasında aydın olacaq”.

Müflisləşən banklarda vətəndaşların nə qədər pulunun qalmasına gəlincə, ekspert bu barədə məlumatsız olduğunu bildirib. O, bu barədə məlumatın Əmanətlərin Sığortalanması Fonduna sahib olduğunu deyib.

Qeyd edək ki, Kreditorlar Komitəsi ləğv prosesində olan banklarda vəsaiti qalanların qurumudur və məqsədi ləğv prosesinə nəzarətdir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO