Bu il oğurluq edənlərin sayı azalıb - RƏSMİ

Bu il oğurluq edənlərin sayı azalıb - RƏSMİ

Hazırda oxunan: Bu il oğurluq edənlərin sayı azalıb - RƏSMİ

49455

Bu ilin yanvarından noyabrınadək mülkiyyət əleyhinə cinayətlər arasında oğurluq hadisələri 542 fakt azalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, mülkiyyət əleyhinə cinayətlər - xüsusi əmlak üzrə oğurluqlar 518, əl çantasından oğurluqlar (cibgirlik) 47, mobil telefon oğurluğu 157, mənzil və şəxsi evlərdən oğurluqlar 283 fakt azalıb.

Bu, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru müsbət dinamikadır.

Bu, onu göstərir ki, ölkəmizdə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri nəticəsiz qalmayıb.

Cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır. Bəzi cinayətlərin, o cümlədən şəxsiyyət əleyhinə cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO