Dohada Azərbaycan-Qətər dostluğunu təcəssüm etdirən “Qardaşlıq” abidəsi qoyuldu

Dohada Azərbaycan-Qətər dostluğunu təcəssüm etdirən “Qardaşlıq” abidəsi qoyuldu

Hazırda oxunan: Dohada Azərbaycan-Qətər dostluğunu təcəssüm etdirən “Qardaşlıq” abidəsi qoyuldu

49337

Qətərin paytaxtı Doha şəhərində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” abidəsinin açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Qətərin ən böyük və ən çoxölçülü mədəniyyət layihəsi hesab olunan “Katara” Mədəniyyət Şəhərciyinin çoxsaylı ziyarətçi qəbul edən guşəsində yerləşdirilmiş abidə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə azərbaycanlı heykəltəraş Novruz Musayev tərəfindən hazırlanıb.

Bürüncdən hazırlanmış sənət əsəri bir tərəfində müasir Bakının göz oxşayan memarlıq incilərindən biri olan “Heydər Əliyev Mərkəzi”, digər tərəfində isə “Katara” Mədəniyyət Şəhərində yerləşən “Amfiteatr”ın işləndiyi ağac formasındadır.

Sənət əsərinin gövdəsinə həkk olunmuş aypara ornamenti Azərbaycan və Qətərin eyni kökə - İslam mədəniyyətinə mənsub olduğuna işarə edir. Heykəlin üzərindəki sferik obyekt iki ölkənin əsas təbii ehtiyatları olan neft və qazı simvollaşdırır.

Qeyd edək ki, “Katara” Mədəniyyət Şəhərciyi Qətərin özündə teatr və konsert zalları, sərgi mərkəzləri, musiqi akademiyası, incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri, eləcə də istirahət yerlərini əhatə edən ən məşhur turizm məkanlarından biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO