"Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldildi

Hazırda oxunan: "Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldildi

49300

İşğaldan azad edilən ərazilərə qayıdacaq əhalinin repatriasiyası və reinteqrasiyası ilə bağlı qanun layihəsinin ilkin variantı hazırdır.

Bizim.Media-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.

O bildirib ki, Qarabağda yaşayacaq əhalinin işlə təminatı üçün xüsusi məşğulluq kvotası və işə götürmənin prinsipləri üzrə razılıq əldə ediləcək:

“Əhalinin ilkin məşğulluğu dövlət xətti ilə təmin olunacaq. Qayıdacaq əhalinin repatriasiyası və reinteqrasiyası ilə bağlı hazırlanan qanun layihəsinin ilkin variantı hazırdır. Artıq layihə Nazirlər Kabineti, Prezident Administrasiyası və rəy verilməsi üçün müvafiq qurumlara təqdim edilib”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO