Heydər Əliyevin TARİXİ QƏRARI: Dünyanın ən mürəkkəb tunelini tikdirib - VİDEO

Heydər Əliyevin TARİXİ QƏRARI: Dünyanın ən mürəkkəb tunelini tikdirib - VİDEO

Hazırda oxunan: Heydər Əliyevin TARİXİ QƏRARI: Dünyanın ən mürəkkəb tunelini tikdirib - VİDEO

49291

Noyabrın 30-da Rossiya-1 televiziya kanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin BTS-MOST Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə videomaterial yayımlanıb.

Bizim.Media xəbər verir ki, görüşdə xüsusi olaraq vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal Amur Magistralındakı Severomuyski tuneli ulu öndərin birbaşa rəhbərliyi ilə uğurla tikilib.

Vladimir Putinin “Onun mürəkkəbliyi nədən ibarətdir?” sualına Ruslan Baysarov belə cavab verib:

“Orada qrunt çox ağırdır, tektonik titrəyişlər, yeraltı cərəyanlar, qaz atmaları olub. Bu, çox mürəkkəb layihədir, lakin biz onu başa çatdırdıq. Biz orada cəmi 45 kilometr tunel tikmişik, bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Siyasi Büro əvvəlcə cəmi səkkiz tunel planlaşdırmışdı.

Heydər Əliyev gələndə fəhlələr ona izah etdilər ki, əlavə iki dolanbac tunel tikilməsi də zəruridir. Heydər Əliyev “Bamtonnelstroy” işçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi.

Orada daha iki dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Bu, çox mürəkkəb, çox maraqlı obyektdir və indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO