Qəbiristanlıqda oğurluq edənləri polis ələ keçirdi - FOTO

Qəbiristanlıqda oğurluq edənləri polis ələ keçirdi - FOTO

Hazırda oxunan: Qəbiristanlıqda oğurluq edənləri polis ələ keçirdi - FOTO

49220

Ağdaş rayonu Pirəzə kənd qəbiristanlığından məzarların ətrafında olan dəmir məhəccərlərin, eləcə də generator və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayonunun Qarasuçu kənd sakinləri Kənan Həsənov və Abil Bayramov qısa müddət ərazində müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin həmkəndliləri Elşad Quliyevlə əvvəlcədən əlbir olub, Ağdaş rayonunun Kotavan və Xınaqlı kəndlərinin örüş sahələrindən iki baş iribuynuzlu heyvanı da oğurladıqları məlum olub.

Keçirilmiş tədbirlərlə E.Quliyev də tutularaq istintaqa təhvil verilib.

Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri Şəmkir, iribuynuzlu heyvanları isə K.Həsənovun icarə əsasında idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Bərdə və Gəncə şəhərlərindəki mal heyvan bazarlarına aparıb, orada dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Oğurluq etmələrinə səbəb kimi isə həmin “Ford” markalı avtomobili əvvəlcədən təmir edən ustaya borclu olmalarını əsas gətiriblər.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO