Ukrayna təhlükəsizlik qüvvələri Donbassın üç yaşayış məntəqəsinə tanklar və zirehli transportyorlar yerləşdirib.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı qondarma “Donetsk Xalq Respublikası”nın xalq milislərinin sözçüsü jurnalistlərə bildirib.
“Rəsmi Kiyev Ukraynanın nəzarətində olan üç yaşayış məntəqəsində çoxlu hərbi texnika yerləşdiriblər”, - departamentin sözçüsü vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
Kiyev “Bayraktar”ı Donbasın təmas xəttinə göndərdi – Moskvanın reaksiyası necə olacaq?
O, izah edib ki, Artyomovskda mülki obyektlərdən birində 17 ədəd T-64 tankı, digər şəhərlərdə isə BTR-70 və BTR-60 aşkar edilib.
Qeyd edək ki, 2014-cü ilin aprelində Ukrayna hakimiyyəti 2014-cü ilin fevralında ölkədə dövlət çevrilişindən sonra özünü müstəqil dövlət kimi elan edən LXR və DXR-ə qarşı hərbi əməliyyata başlayıb.
BMT-nin son məlumatlarına görə, 13 minə yaxın insan münaqişənin qurbanı olub.
2014-cü ilin sentyabrından indiyədək münaqişənin deskalasiyasına dair addımları tənzimləyən üç sənəd qəbul etmiş Minsk Əlaqə Qrupunun iclasları zamanı digər məsələlərlə yanaşı, Donbassdakı vəziyyətin nizamlanması məsələsi də müzakirə olunur.
Lakin münaqişə tərəfləri arasında atəşkəs razılaşmalarından sonra atışmalar davam edir.
Bizim.Media