Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, buna XIII turun ilk oyun günündə aydınlıq gəlib.
İki matçın baş tutduğu gün məhsuldar alınıb. Çempionatın autsayderləri “Keşlə” və “Səbail”in matçında 4 qol vurulub. Qəsəbə təmsilçisi iki top fərqi ilə çıxsa da, azlıqda qaldıqdan sonra üstünlüyünü əldən verib – 2:2.
Premyer Liqanın lideri “Qarabağ” “Sabah”ı qəbul edib. Ağdam klubu indiyədək heç vaxt uduzmadığı rəqibini bu dəfə böyükhesablı məğlubiyyətə uğradıb – 5:1. Darmadağınla üzləşən “Sabah”ın 5 matçlıq məğlubiyyətsizliyi başa çatıb. Qurban Qurbanovun yetirmələri isə mövsümün ilk yarısını 1-ci pillədə başa vuracağını təmin edərək qış çempionu olub.
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.
Bombardirlər: Davit Volkov ("Zirə") - 9 qol, Filip Ozobiç ("Qarabağ") - 7 qol, Coy-Lens Mikels ("Sabah"), Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:34 / 04.12.2021
“Qarabağ” qış çempionu oldu
Hazırda oxunan: “Qarabağ” qış çempionu oldu
Hazırda oxunan: “Qarabağ” qış çempionu oldu
49104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.