Bakıda 550 küçə dezinfeksiya edildi
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün dekabrın 4-də paytaxtda ümumşəhər sanitar günü keçirilib.
Bizim.Media xəbər verir ki, həyata keçirilən sanitar tədbirlərdə kommunal xidmətlərin xüsusi texnikaları, qurumların əməkdaşları ilə yanaşı paytaxt sakinləri, sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.
Gün ərzində həyata keçirilən işlər zamanı 550 küçə dezinfeksiya olunub.
“Əminik ki, qalib ölkənin vətəndaşları olaraq yeni ili təmiz şəhərlə qarşılayacağıq”, - deyə Mətbuat Xidməti bildirib.
Bizim.Media