Ərdoğandan

Ərdoğandan "Türkiye" brendi ilə bağlı YENİ QƏRAR – Bundan sonra…

Hazırda oxunan: Ərdoğandan "Türkiye" brendi ilə bağlı YENİ QƏRAR – Bundan sonra…

49038

Həm milli, həm də beynəlxalq səviyyədə bütün rəsmi fəaliyyət və yazışmalarda “Türkiye” ifadəsi istifadə ediləcək.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar imzalayıb.

“İxrac edilən məhsullarımızda “Made in Turkey” yerinə “Made in Türkiye” ibarəsi istifadə edilməyə başlanaraq ölkəmizin beynəlxalq ticarətdə qüruru olan məhsullarımız “Türkiye” ibarəsi ilə tanıdılıb və təqdim edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: “Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilər”


Bundan sonra da hər sahədə dövlətimizin və millətimizin minlərlə illik sərvətinin “Türkiye” markası altında təmsili hədəflənib.

Başda rəsmi münasibətlər olmaqla, istənilən fəaliyyət və yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” və s. ibarələri əvəzinə, “Türkiye” ifadəsinin istifadəsi məsələsində lazımi addımlar atılacaq”, - deyə Ərdoğanın imzaladığı qərarda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO