Şəhid pilotun atası DANIŞDI: “Bizi həmişə öz ölümünə hazırlayırdı” - SON GÖRÜNTÜLƏRİ

Şəhid pilotun atası DANIŞDI: “Bizi həmişə öz ölümünə hazırlayırdı” - SON GÖRÜNTÜLƏRİ

Hazırda oxunan: Şəhid pilotun atası DANIŞDI: “Bizi həmişə öz ölümünə hazırlayırdı” - SON GÖRÜNTÜLƏRİ

49020

"Elmir bizi həmişə öz ölümünə hazırlayırdı. Vətən Müharibəsi zamanı anası narahatlığını bildirəndə bizə deyirdi ki, axı siz bilirsiniz, hərbçi həyatı necə olur. Mən özüm könüllü seçmişəm bu həyatı. Hər şey ola bilir və hər şey ola bilər".

Bu sözləri Qaraheybətdə baş verən helikopter qəzasının 14 qurbanından birinin - dekabrın 15-də 33 yaşı tamam olacaq mayor Elmir Həsənovun atası Mircəlil Həsənov Bizim.Media-ya açıqlamasında deyib.

Ata yenicə itirdiyi pilot oğlunun dediyi o "hər şey ola bilər" sözünün noyabrın 30-da həqiqətə çevrilməsindən təəssüflə danışıb:
 

MÖVZU İLƏ BAĞLI:

Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi


"Ürəyinə damıbmış. Həmişə bizə dediyi "hər şey" oldu. Elmirlə son dəfə qəzanın axşamı danışmışdım. Bilirdik ki, səhər 6-da işə gedir. Hal-əhval tutdu bizimlə. Hər gün bizə zəng edirdi. Heç ağlıma gəlməzdi ki, onda Elmirlə son dəfə danışıram".

Mayor Elmir Həsənovun anası Sevda xanım deyir ki, balamın itkisi çox ağırdır, sevib seçdiyi iş başında şəhid olub:

“İndi onun iki qız balası, yoldaşı bizə əmanətdir. Əmanətləri balamın yadigarı kimi göz bəbəyimiz kimi qoruyacağıq”.

Elmir Həsənovun valideynləri Cəlilabadın Göytəpə şəhərində yaşayır. Özü isə ailəsi ilə - Nuray və Elay adlı qızı və xanımı ilə Xırdalan şəhərində yaşayıb.

Elmir uşaqlıqdan pilot olmaq arzusu ilə yaşayıb, aviasiya üzrə ali təhsil alıb. 2015-ci ildən ölümünə qədər Dövlət Sərhəd Xidmətinin aviadəstəsində işləyib. 

Atası Mircəlil kişi danışır ki, Elmir Vətən Müharibəsində sonacan iştirak edib, 2 döyüş medalına layiq görülüb. Ümumilikdə, 7 medala layiq görülən Elmirin iki qardaşı da sərhədçidir.

Ailənin təsəllisi odur ki, Vətən səmasında şəhidliyə yüksələn Elmirin iki qardaşı DSX-nin diğər bölmələrində xidmət edir.

Elmirin vəfatından iki gün əvvəl Bakıdakı şadlıq saraylarının birində qohumlarının toyunda çəkilən rəqsini təqdim edirik:

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO