Bu il 50 mindən çox şəxsə əlillik təyin edilib

Bu il 50 mindən çox şəxsə əlillik təyin edilib

Hazırda oxunan: Bu il 50 mindən çox şəxsə əlillik təyin edilib

48717

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Arzu Nağıyev, Aqil Məmmədov, İlham Məmmədov və Soltan Məmmədovla görüş olub.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Agentliyin sədri Anar Bayramov millət vəkillərinə tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər barədə məlumat verib.

O, əlilliyin qiymətləndirilməsi üzrə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi üçün son aylarda tətbiq olunan yenilikləri qeyd edib. Nəticədə bu e-sistemin funksional imkanlarının xeyli genişləndiyini, tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf, obyektiv həyata keçirilməsi imkanlarının artdığını bildirib.

A.Bayramov 2021-ci ilin ötən dövründə artıq 50 mindən çox şəxsə əlillik təyin edildiyini deyib. Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparıldığını qeyd edib.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı işlərindən də bəhs olunub.

2021-ci ilin 11 ayı ərzində Agentlik tərəfindən 8 minə yaxın əlilliyi olan şəxsə 41 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi, o cümlədən 953 mühərrikli təkərli oturacaq verilib.

O cümlədən, 1084 müharibə əlilinə 10823 reabilitasiya vasitəsi təqdim edilib. Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO