Ötən ay Azərbaycanda neçə nəfər minaya düşüb? - RƏSMİ

Ötən ay Azərbaycanda neçə nəfər minaya düşüb? - RƏSMİ

Hazırda oxunan: Ötən ay Azərbaycanda neçə nəfər minaya düşüb? - RƏSMİ

48701

"2021-ci ilin noyabr ayında Azərbaycanda 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olmasını qeydə alınıb".

Bu barədə Bizim.Media-ya Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, nəticədə bir mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. (bir nəfər mina təmizləyən, bir nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxs).

"2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olub. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib", - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO