Ən çox xəyanət edən 5 bürcün KİŞİLƏRİ... – Sevgililərini ətir kimi dəyişirlər

Ən çox xəyanət edən 5 bürcün KİŞİLƏRİ... – Sevgililərini ətir kimi dəyişirlər

Hazırda oxunan: Ən çox xəyanət edən 5 bürcün KİŞİLƏRİ... – Sevgililərini ətir kimi dəyişirlər

48597

İnsanların xüsusiyyət bölgüsündə vəfalı və xəyanatkar da önəmli özəlliklərdir.

Bizim.Media bu dəfə ən çox xəyanət edən 5 bürc barədə informasiya toplayıb. 

Şir

Bu bürc haqqında belə bir deyim var: “Şirlər onsuz da sürüyə öyrəşiblər”. Yəni burada söhbət heyvanların kralının sürüsünün hərəmxana kimi olmasından gedir. Çünki sürüdə əsasən bir erkək, digərləri isə dişi olur. Elə insan bürclərində də situasiya oxşardır. Əgər həmdəmlərindən qane olmasalar, soyuqluq hiss etsələr, kişi şirlərin xəyanəti danılmazdır.

Balıqlar

Bu bürcdən olan kişilərin xəyanət etməsi hər zaman ideal sevgi axtarışında olmaqları ilə izah olunur. Onların xəyanətləri bəzən ehtirasla bağlı yox, spontan (kortəbiilik, ixtiyarilik) xarakter daşıyır. Onlar yeni emosiyalara xatir xəyanət edirlər. Hərdən balıqları cəlb edən “gizli əlaqə” ideyasıdır.

Qoç

Onlar xəyanəti impulsiv xasiyyətlərinə görə reallaşdırırlar. Od ünsürü olduqlarına görə (şir də od ünsürüdür) onlar alovlanan hisslərə təslim olub, ardınca peşmançılıq yaşayırlar. Kənarda uzunmüddətli əlaqə qurmağı sevmirlər. Daha çox bir günlük məşuqələrlə xəyanət edirlər. Necə deyərlər, sevgililərini ətir kimi dəyişirlər.

Əkizlər

Dəyişkən bürcdür. Bundan dolayı tez-tez xəyanət edirlər. Bu gün ən çox sevib, ən sadiq də ola, sabah çərçivələrdən çıxaraq xainə çevrilə bilərlər. Çox tez vurulur və yeni münasibətlərə dalırlar. Həmçinin tez soyuyub ayrılıq yaşayırlar.

Əqrəb

Ən ehtiraslı və seeksual bürcün nümayəndələri daxillərindəki enerjini ram edə bilmirlər. Əks cinsin nümayəndələri ilə kişi əqrəblərin dostluğu mümkünsüzdür. Çünki bu münasibəti flirtə çevirəcəklər. Fəth etməyi yox, bəyəndikləri hər şeyə sahib olmağı sevirlər. 

Qeyd: Oxatan bürcü də od ünsürüdür, lakin bu siyahıda yer almadı. Çünki onların xəyanət anlayışları fərqlidir. Belə ki, oxatanılar adi flirt və tanışlıqları xəyanət saymırlar. Xəyanət etməkləri isə sırf macərə sevməkləri ilə bağlıdır. Bir də azadlıqları məhdudlaşdırılsa...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO